AZ

Xırdalanda oğurluqda şübhəli bilinən 4 nəfər saxlanıldı

Abşeron rayonunda oğurluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Xırdalan şəhərində evlərin birindən 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Bəşirov, bir marketdən 2500 manat pul oğurlamaqda şübhəli bilinən S.Ağayev, Masazır qəsəbəsində bir evdən 750 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Fazilli, digər evdən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən O.Bağırov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
9
yenisabah.az

10Mənbələr