AZ

Aeroport şosesində DYP avtomobili zəncirvari qəzaya düşdü: "Evakuator vurmamaq üçün əks yola çıxdı" - YENİLƏNİB + VİDEO

Bakıda polis avtomobilinin qəzaya düşməsinin təfərrüatı məlum olub.
 
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.
 
Onun sözlərinə görə, bu gün saat 13:00-da paytaxtın Xəzər rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:
 
"Yol Patrul Xidmətinin avtomobili xidmət apararkən "Nissan" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq arxadan ona çırpılıb. Daha sonra nəqliyyat vasitəsi yolun hərəkət hissəsinə çıxıb. Orada evakuator "Nissan"ı vurmamaq üçün manevr edərək əks istiqamətə çıxıb və qarşıdan gələn "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb.
 
İlkin məlumata əsasən, "Toyota" markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb".
 
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
 
13:43
 
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, Zığ şosesində Dövlət Yol Polisi (DYP) avtomobili də daxil olmaqla bir neçə maşın toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.
 
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
 
Videonu təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
moderator.az

10Mənbələr