AZ

Sel Quba-Xudat yolunda hərəkəti çətinləşdirib

Şimal bölgəsində müşahidə olunan qeyri-sabit, yağıntılı hava çaylara sel gəlməsinə səbəb olub.

Qusarçaya gələn sel Quba-Xudat yolunda təmirə bağlanan körpünün ətrafındakı alternativ yolu yuyub. Çayda su çox olduğundan nəqliyyat vasitələrinin həmin ərazidən hərəkəti mümkünsüz olub. Hazırda avtomobillər ətraf kəndlərin ərazisindən keçməklə hərəkət edirlər.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, hazırda çayda su çox olduğundan körpünün və alternativ yolun bərpası mümkün deyil. Su azaldıqdan sonra alternativ yol bərpa ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
5
azpost.info

10Mənbələr