AZ

Bayden seçki yarışından geri çəkilir? - Özü açıqladı

ABŞ Prezidenti Co Bayden seçki kampaniyasını yalnız Uca Allahın göstərişi ilə tərk edəcəyini deyib. 

“Cebhe.info”-nun məlumatına görə, Ağ Evin rəhbəri “ABC” telekanalına müsahibəsində belə açıqlama verib.

81 yaşlı Bayden tərəfdarlarının və əleyhdarlarının onun yaşı, koqnitiv qabiliyyəti və reytinqinin aşağı düşməsi ilə bağlı qorxularını əsassız adlandırıb.

Bu narahatlıqları bir həftə əvvəl Baydenin rəqibi Donald Trump ilə teledebatı artırıb. 

ABŞ Prezidenti zəif çıxışının səbəbinin soyuqdəymə və yorğunluq olduğunu bildirib.

Qeyd edək ki, televiziya debatları zamanı Prezident Bayden cavab verməkdə çətinlik çəkib, nizamsız və unutqan görünüb.

Çıxışdan sonra bir sıra demokrat qanunvericilər onu yenidən sekiyə getməkdən imtina etməyə çağırıblar.

Son günlər bu çağırışlara Demokratlar Partiyasının bir sıra tanınmış iş adamları və vətəndaş cəmiyyətinin nümayəndələri də qoşulub və onlar Prezidentdən “demokratiya və millətin gələcəyi naminə” ikinci müddətə namizədliyini irəli sürməməyi xahiş ediblər.

Seçilən
75
cebheinfo.az

1Mənbələr