AZ

Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq

İşğaldan azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ötən seçkilərdə azad olunan ərazilərdə seçki məntəqələrinin yaradılması üzərində işlənilib:
“Həmin ərazilərdə 26 seçki məntəqəsi var idi. Yəqin ki, kifayət qədər də artacaq. Çünki əhalinin qayıdış proqramı ilə əlaqədar oraya qayıdan əhalinin sayı da artıb. Növbəti iclasda bu məsələ gündəliyə çıxarılacaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
37
tribunainfo.az

10Mənbələr