AZ

Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək - KİV

Ermənistanın işğalı altında olan, bu ölkəni Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq.Bu barədə "Sputnik-Armeniya” məlumat yayıb.
 
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün həmin ərazidə, Kirants və Açarkut kəndləri ərazisindəki yolun inşa işləri ilə tanış olub.

Yeni yol Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpünün delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcəyi üçün inşa edilir.Buraya Kirants kəndində iki ev, yolun bir hissəsi və 50-yə yaxın torpaq sahələri daxildir.


www.anews.az
Seçilən
155
50
anews.az

10Mənbələr