AZ

Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar artacaq – Bu vaxtdan…

  Son günlərdə yeni qərarlara əsasən, ölkədə bir çox sahələrdə qiymət artımı müşahidə olundu. Xüsusilə, benzil və dizelin qiymətinin artması yenə də qiymət artımlarının olacağından xəbər verir. İstər ərzaq, istərsə də digər məişət sahələrində bu hal istisna deyil.

Bütün bu qiymət artımları fonunda ölkədə maaş və pensiyaların artması gözlənilir? Belə bir qərarın qəbulu mümkündür?Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Son günlər bizə edilən müraciətlərdə də əməkhaqqı, eləcə də müavinətlərlə bağlı xeyli suallar var. Nəzərə alaq ki, dövlət sektorunda əməkhaqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir, lakin özəl sektorda birbaşa sahibkarların verdiyi qərarla mümkün olur. Son məlumatlara görə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın birinədək təkliflərin hazırlanması həyata keçiriləcək. Noyabrın birində təkliflər təqdim olunduqdan sonra müzakirə olunaraq məhz bu istiqamətdə addımların atılacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, təkliflər hazırlanıb təqdim olunduqdan sonra minimum əməkhaqqının artırılması reallaşa bilər”.

 Deputat bildirib ki, pensiyalar daha çox indeksləşdirmə və eləcə də 2022-ci ildən Cənab Prezidentin tapşırığı ilə pensiyaçılara yardımın verilməsi formasında artırılır.

 “Pensiyaçılara yardımın verilməsi 6-cı çağırış Milli Məclisdə təqdim olunan təkliflərdən biri idi. Bu istiqamətdə maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra uyğun qərarların verilməsi istisna deyil. Amma təbii ki, bunun üçün də fiscal yükünün hesablanması və buna uyğun olaraq qərarın verilməsi mümkündür. Buna görə də hələlik bununla bağlı təkliflər təqdim olunub, yalnız fiscal yükü hesablandıqdan sonra hansı qərarın veriləcəyi ilə bağlı məlumat təqdim olunacaq.  

Seçilən
61
6
referans.az

7Mənbələr