AZ

Prezident Ərdoğan Türkiyə-Hollandiya futbol matçını izləmək üçün Almaniyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) 1/4 final mərhələsi çərçivəsində Türkiyə Milli Futbol Komandası ilə Hollandiya Milli Komandası arasında keçiriləcək oyuna baxmaq üçün Berlinə gedib. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi turnirdə yarımfinala yüksəlmək üçün Berlin Olimpiya Stadionunda Hollandiya ilə qarşılaşacaq ölkəsinin Milli Futbol Komandasına dəstək üçün “TUR” təyyarəsi ilə Berlinə gedən Ərdoğanı İstanbul valisi Davud Gül, AK Partiya Atatürk Havalimanına gələn İstanbul İl Başkanı Osman Nuri Kabaktepe və digər əlaqədar şəxslər yola salıblar. Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri səfir Akif Çağatay Kılıç və Kommunikasiyalar üzrə vitse-prezident Çağatay Özdəmir də Almaniyaya gedib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
4
bizimyol.info

9Mənbələr