AZ

Berlin küçələrində türkiyəli azarkeşlərdən "bozqurd" MESAJI - FOTO/VİDEO 

Xəbər verdiyimiz kimi bu axşam Türkiyə milli komandası Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində Niderlandla üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, artıq Almaniyanın Berlin şəhərində keçiriləcək matçın türkiyəli azarkeşləri küçələrə axışaraq böyük bayram abu-havası yaradıblar.

Azarkeşlər “Mehtər marşı” oxuyub, Türkiyə millisi üçün dəstək şüarları 
səsləndiriblər.

Diqqətçəkən məqam isə azarkeşlərin “bozqurd” işarəsini əks etdirən köynəklərdə və qurd maskasında küçələrdə dolaşmalaları olub. Bununla türkiyəli azarkeşlər UEFA-nın son qərarına etirazlarını ifadə ediblər.

Qeyd edək ki, futbolçu Merih Demiral Avstriya ilə görüşdə "bozqurd" işarəsi göstərdiyi üçün UEFA ona 2 oyunluq cəza verib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, qarşılaşma Bakı vaxtilə saat 23:00-da Berlin Olimpiya Stadionunda baş tutacaq.
 








Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
bizim.media

10Mənbələr