Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, son matçda Türkiyə millisi Niderlandla qarşılaşır.
Görüşün 35-ci dəqiqəsində Türkiyə millisi hesabı açmağa müvəffəq olub, millidən Akaydın fərlənib.
Qeyd edək ki, 1/4 finalın ilk qarşılaşmasında İngiltərə və İsveçrə milliləri üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İngiltərə (5:3) yarımfinala yüksəlib.
23:00. Niderland - Türkiyə - 0:1 (Birinci hissə)
Qol: Akaydın, 35
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.
Bizim.Media