AZ

TDT-nin qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin böyük rəmzi anlamı var

Şuşada, bir zamanlar Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsinin imzalandığı məkanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanmasının böyük mənəvi və rəmzi anlamı var. Bu, həm də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin sarsılmaz birliyini, ortaq hədəflərə çatmaq üçün birgə hərəkət etdiyini sübuta yetirir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib. 

 

Prezident İlham Əliyevin zirvə toplantısındakı nitqinə diqqət çəkən millət vəkili, dövlətimizin başçısının Türk dünyasının bu günü və gələcəyi ilə bağlı səsləndirdiyi fikirlərin TDT-nin yol xəritəsini göz önünə sərgilədiyini vurğulayıb:

“Azərbaycan Prezidenti öz niqtində qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu sözlər harada yaşamasından asılı olmayaraq, özünü böyük türk mədəniyyətinin ayrılmaz hissəsi sayan hər bir kəsin ali məqsədinə çevrilməli, gələcəyimizin möhkəm təməllər üzrərindən inkişafını təmin edən əsas sütunlardan biri olmalıdır”. 

 

Azər Kərimli deyib ki,TDT-yə üzv ölkələrin, sözügedən təsisatı dünaynın aparıcı güc mərkəzlərinə çevirmələri üçün həm nəhəng təbii resursları, həm böyük insan potensialı var: “Cənab Prezidentin qeyd etdiyi kimi, Türk dövlətləri böyük coğrafi məkanı əhatə edir, bu ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, onların hər birinin zəngin təbii resursları, bu resursların nəqli üçün müasir infrastrukturu, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarixi, mədəniyyəti var və bütün bunlar böyük sərvətdir”.

 

Millət vəkili qeyd edib ki, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür: “Məlum olduğu kimi, Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti isə Füzuli və Ağdama səfərlər ediblər, Azərbaycana münasibətdə dostluq, qardaşlıq sevgisi sərgiləyiblər. Şuşada keçirilən Zirvə toplantısı isə, istisnasız olaraq, qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacaq”.

Seçilən
226
50
modern.az

10Mənbələr