AZ

Avro-2024: Niderland millisi Türkiyəyə qalib gələrək yarımfinala yüksəlib YENİLƏNİB-4

Bakı, 7 iyul, AZƏRTAC

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüş Niderland yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderland millisinin qollarını Stefan De Vray və Kodi Qakpo vurublar. Türkiyənin yeganə qoluna isə Samət Akaydın imza atıb.

Bununla da Niderland yarımfinala vəsiqə qazanıb və İngiltərə seçməsinə rəqib olub.

00:03

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, oyunun birinci hissəsindən sonra Türkiyə seçməsi 1:0 hesabı ilə qalib gəlir.

23:50

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, fasiləyə Türkiyə seçməsi 1:0 hesablı üstünlüklə yollanıb.

23:36

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Samət Akaydın Türkiyə seçməsini önə keçirib.

23:00

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü fransalı referi Kleman Türpen idarə edir.

Seçilən
127
6
azertag.az

10Mənbələr