AZ

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Şuşada imzalanan Qarabağ Bəyannaməsi türk coğrafiyasında dərin inteqrasiyanın yeni mərhələsinin başlanması hesab edilə bilər. Bu prosesin əsası Azərbaycan və Türkiyənin 2021-ci ildə imzaladığı Şuşa Bəyannaməsi ilə qoyuldu və ondan sonra Əliyevlə Ərdoğanın türk dünyasının birləşməsi istiqamətində effektiv addımları oldu, nəticə də verdi.

Axar.az xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.

“İndi yenə Şuşada yeni mərhələnin başlanğıcı olan Qarabağ Bəyannaməsi imzalanır və türk coğrafiyası, həm də bu coğrafiyanın srateji əhəmiyyət daşıdığı Avrasiyanın gələcəyi üçün həlledici qərarların Qarabağda - Şuşada verilməsi Azərbaycan adına tarixi hadisədir”, - o bildirib.

Qeyd edək ki, ötən gün TDT dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
3
axar.az

9Mənbələr