Amerika kubokunda bütün yarımfinalçılar bəlli olub.

Offsideplus.az xəbər verir ki, 1/4 finalın son iki oyununda Kolumbiya Panamaya 5 cavabsız qolla qalib gəlib.

Uruqvay - Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə Uruqvay daha dəqiq olaraq (4:2) yarımfinala yüksəlib. .

Kolumbiya - Panama - 5:0

Qollar: Kordoba, 8, Rodriqes, 15, Diaz, 41, Rioas, 70, Borja, 90+4

Uruqvay - Braziliya - 0:0 (Penaltilər seriyası - 4:2)