AZ

ABŞ: Seçkilərin nəticələri İran siyasətimizə təsir etməyəcək

İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-nin bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a Dövlət Departamentindən məlumat verilib.

"Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək", - deyə rəsmi bildirib. 

Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməmiş qalır: "Eyni zamanda, biz diplomatiya Amerikanın maraqlarına xidmət etdiyi zaman ona sadiq qalırıq".

Rəsmi Amerika hakimiyyətinin İrandakı seçkilərin azad və ədalətli keçirilmədiyi barədə mövqeyini təkrarlayıb: "Biz gözləmirik ki, bu seçkilər İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə səbəb olacaq və ya vətəndaşların insan hüquqlarına daha çox hörmətlə yanaşılacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
operativmedia.az

3Mənbələr