Fransa parlamentinə seçkilərin ikinci turu başlayıb.
Publika.az xəbər verir ki, ölkə ərazisində seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb.
Səsvermə prosesi əksər seçki məntəqələrində saat 18:00-a yekunlaşmalı olsa da, böyük şəhərlərdə, o cümlədən Parisdə seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq.
Seçkilərin ilk nəticələrinin də yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.