AZ

Amerika Kubokunda yarımfinalçılar bəlli olub

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda bütün yarımfinalçılar bəlli olub.

"Ölkə.az" xəbər verir ki, bu raundun cütləri 1/4 final mərhələsinin son iki oyunundan sonra dəqiqləşib.

Kolumbiya yığması Panamanı beş cavabsız qolla üstələyib. Uruqvay - Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında rəqibinə uduzan (2:4) "sambaçılar" turnirlə vidalaşıb.

Yarımfinal mərhələsində Argentina Kanada ilə, Uruqvay isə Kolumbiya ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq 10 və 11 iyulda gerçəkləşəcək. Final görüşü iyulun 14-də olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
olke.az

4Mənbələr