AZ

"Sumqayıt"ın rəqibinin qapıçısı hələ formada olmadıqlarını açıqlayıb

"Fehervar"ın qapıçısı Balaj Tot "Ayka" ilə yoldaşlıq görüşündən sonra klub saytına açıqlama verib. Sport24.az xəbər verir ki, qolkiper 3:2 hesablı qələbədən sonra "Sumqayıt"la keçiriləcək oyun barədə fikirlərini bölüşüb:
 
"Yeni baş məşqçi ilə yeni oyun sistemi üzərində işləyirik. İkinci yoldaşlıq görüşümüz olduğunu nəzərə alsaq, heç də pis oynamadıq. Məşqdə etdiyimiz bütün elementləri oyunda tətbiq etməyə çalışdıq. Buna müvəffəq olduq. Lakin Konfrans Liqasında və çempionatda oynamaq istədiyimiz formadan hələ də uzağıq".
 
Qeyd edək ki, "Sumqayıt" və "Fehervar" matçları iyulun 25-i Sumqayıtda,  31-də isə macarıstanda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
sport24.az

3Mənbələr