AZ

Taxıl anbarında YANĞIN: Yük maşını külə döndü - VİDEO

Beyləqan rayonunun Xaçınabad kəndində taxıl anbarının ərazisində ümumi sahəsi 300 m² olan qarajın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və “КамАЗ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
20
musavat.com

10Mənbələr