AZ

Barselonada minlərlə insan kütləvi turizmə qarşı nümayiş keçirib

Bakı. Trend:

İspaniyada yerli sakinlər ölkəyə turist axınına narazılıqlarınıifadə edirlər.

Trend xəbər verir ki, Barselonada minlərlə insan kütləvi turizməvə onun İspaniyanın ən çox ziyarət edilən şəhərinə təsirinə qarşınümayiş keçirib. Polisin məlumatına görə, 2800-ə yaxın nümayişçi“Bəsdir! Gəlin turizmə məhdudiyyətlər qoyaq” şüarı altındaKataloniya regionunun paytaxtında yürüş keçirib.

Aksiya iştirakçıları şəhərdə artıq yaşamağa heç bir lüzumgörmədiklərini bildiriblər. Ötən il Barselonanı 12 milyondan çoxturist ziyarət edib. Son on ildə icarə haqqı 68 faiz artıb. İkihəftə əvvəl şəhər administrasiyası 2028-ci ildən turistlərəistirahət üçün mənzillərin verilməyəcəyini açıqlayıb.

Son aylar İspaniyanın Malaqa, Balear adaları və Kanar adalarıkimi digər bölgələrində də kütləvi turizmə qarşı böyük etirazaksiyaları keçirilib. Sakinlər tərəfindən edilən şikayətlər tətilvaxtı icarə ilə bağlı yaranan daşınmaz əmlak bazarınınməhdudlaşdırılması, həmçinin səs-küy və ətraf mühitin çirklənməsiilə əlaqədardır.

Rəsmi statistikaya görə, ötən il İspaniyanı 85 milyon xariciturist ziyarət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
5
az.trend.az

6Mənbələr