AZ

Əmlak sığortası üzrə ödənişlərin həcmi 30 % artıb

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda əmlak sığortası üzrə 84 milyon 151 min manat sığorta haqqı toplanılıb.

Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 % çoxdur.
2023-cü ilin yanvar-may aylarında 76 milyon 769 min manat olub.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər 13 milyon 344 min manat olub. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 29,3 % çoxdur. 

2023-cü ilin yanvar-may aylarında 10 milyon 316 min manat sığorta ödənişi edilib. 

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,8 manat olub.

Nara

Seçilən
83
1
valyuta.az

10Mənbələr