AZ

Montella Arda Gülərin AÇ-2024-dəki çıxışına qiymət verdi

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella “ay-ulduzlular”ın gənc yarımmüdafiəçisi Arda Gülərin AÇ-2024-dəki oyununu qiymətləndirib.

Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Arda bu yarışda çox yaxşı çıxış etdi. O, indiyədək heç vaxt bu səviyyədə sabitlik göstərməyib. Bu, onun üçün böyük təcrübədir. Onun hələ 20 yaşı belə, yoxdur. Təcrübə ilə isə daha da yaxşılaşacaq”, deyə Montella vurğulayıb.

Qeyd edək ki, Arda Almaniyadakı Avropa çempionatında 5 oyunda meydana çıxıb və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Arda Gülər Türkiyənin “Gənclərbirliyi” klubunun yetirməsidir. Yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro məbləğ müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Gülər geridə qalmış 2023/2024-cü illər mövsümündə “qaymaqlılar”ın heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 6 qol vurub.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində bütövlükdə 12 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, məhsuldar ötürmə verib.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və UEFA Çempionalar Liqası var var.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
arena.az

10Mənbələr