AZ

Bank kartından 1430 manat pul oğurlanıb

Bank kartından oğurluq hadisəsi baş verib.

İyulun 4-də Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini bank kartından 1430 manatının oğurlandığını bildirib. DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə  polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəfail Zülfüqarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
42
1
operativmedia.az

7Mənbələr