AZ

Valeh Ələsgərov: "Çin üçün Avropaya göndərdiyi məhsulları Azərbaycanda istehsal etmək sərfəlidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çin üçün Avropaya göndərdiyi məhsulları Azərbaycanda - Ələt Azad İqtisadi Zonasında istehsal etmək daha sərfəlidir" .
Oxu.Az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda "Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu, Çini əlavə nəqliyyat xərclərindən azad edər, ƏAİZ-in güzəşt və imkanlarından yararlanmağa şərait yaradar.:
"Təbii ki, investisiyalar qoyaraq Orta Dəhlizi daha da inkişaf etdirmək lazımdır. Orta Dəhlizin inkişafı, azad zonanın bu dəhliz üzərində yerləşməsi heç də təsadüfi deyil. Biz Çin şirkətlərini Azərbaycanda görməkdən məmnun olarıq. Dünən bu tədbirin iştirakçıları, Çindən gələn nümayəndə heyəti ƏAİZ-də oldu, yaradılan şəraitlə yerində tanışlıq imkanı əldə etdi, azad zonanın üstünlükləri barədə məlumatlandırıldılar. Çin şirkətlərini ƏAİZ-də fəaliyyətə dəvət edirəm".
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
oxu.az

10Mənbələr