AZ

Aran rayonlarında 38 dərəcə isti olub

İyulun 23-ü saat 9:00-a olan məlumata görə Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
41
sia.az

10Mənbələr