AZ

Fransada solçuların qələbəsi siyasi iflic yaradıb

Bakı. Trend:

İyulun 7-də Fransa Milli Assambleyasına keçirilən seçkilərinikinci turunda “Yeni xalq cəbhəsi” solçu alyansı 182 mandat əldəedərək qalib gəlib.

Trend xəbər verir ki, solçu blokun qələbəsi Fransada qeyri-sabitparlament problemi və bazar ertəsi günü başlayacaq yeni hökumətinformalaşdırılması prosesində danışıqların uzadılması ilə bağlımüəmmalı vəziyyət yaradıb.

“Reuters” agentliyinin yazdığına görə, Seçkilərin nəticələriPrezident Emmanuel Makrona da ağır zərbə olub və Avropa zonasınınikinci böyük iqtisadiyyatını durğunluq vəziyyətinə sürükləyir, eynizamanda, Paris Olimpiadasına bir neçə həftə qalmış ölkədə başverəcək siyasi qeyri-sabitliyin xəbərçisidir.

Fransa Prezidenti son nəticədə parçalanmış parlament sindromuəldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarındankənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duranməsələlərin həllində çətinliklər yaradacaq.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, parlamentdəsolçular 182, Makronun mərkəzçi alyansı 168, Le Penin “Millibirlik” partiyası və onun müttəfiqləri isə 143 yer qazanıb.Beləliklə, Milli Assambleya üç böyük qrupa bölünüb; müxtəlifplatformalarla sol, mərkəzçi və həddindən artıq sağ qanadlar. Əsassiyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətinialmadığına görə yeni hökumətin formalaşdırılması çətin olacaq.

Baş nazir Qabriel Attal istefa verəcəyini bildirib, lakinhökuməti qurmaq kimi çətin vəzifəni nəzərə alaraq, Prezidentin bunudərhal qəbul edib-etməyəcəyi bəlli deyil.

Londondakı “Monex Europe” valyuta təhlili mərkəzinin SimonHarveyin sözlərinə görə, səsvermə ilə bağlı proqnozlaraçıqlandıqdan sonra avro bazar günü ucuzlaşıb.

Sol ittifaq yanacaq və ərzaq kimi vacib malların qiymətləriniməhdudlaşdırmağı, minimum əmək haqqını və dövlət sektoruişçilərinin əmək haqqını yüksəltməyi hədəfləyir. Fransanın büdcəkəsiri isə artıq istehsalın 5,5 faizini təşkil edir ki, bu daqaydaların Aİ-nin icazə verdiyi səviyyəsindən yüksəkdir.

“Capital Economics” nəşri qeyd edib ki, parçalanmış parlamentFransanın Aİ büdcə qaydalarına riayət etməsində lazım olan büdcəkəsirlərini qüvvəyə mindirmək sahəsində hansı bir hökumət üçünçətin olacaq. “Bu arada, Fransa hökuməti (və digər hökumətlər) iləAİ arasında maliyyə siyasəti ilə bağlı toqquşma ehtimalı artıb”,-deyə nəşr vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
az.trend.az

6Mənbələr