AZ

Taksi şirkətləri “1 iyul qadağası”na qarşı, sifarişə köhnə avtomobillər göndərilir - AYNA-dan xəbərdarlıq

Sosial şəbəkələrdə taksi şirkətləri ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Sərnişinlərin etiraz etdiyi əsas məsələlərdən biri də sifariş nöqətəsinə yeni qaydaların ziddinə olaraq köhnə avtomobillərin göndərilməsidir.
  Maraqlıdır, istehsalı ili köhnə olan avtomobillər sistemdən çıxarılıbsa, bu kimi hallar necə baş verir? Manset.az Konkret.az-a istinadən xəbər verir ki, Nəqliyyat eksperti İlqar Hüseynov açıqlamasında bildirib ki, problemin əsas səbəbi şirkətlərin taksi parklarını hələ də yeniləməməsidir: “İyulun 1-dən yeni qaydalar qüvvəyə mindikdən sonra bu kimi hallarla tez-tez qarşılaşırıq. Səbəb isə odur ki, taksi şirkətləri avtomobil parklarını yeniləməyiblər. Şirkətlərin qarşısına tələblər qoyulub. Hazırda xidmətdə olan taksilərin sertifikat ala bilməməsinin birinci səbəbi nəqliyyat vasitəsinin köhnə olmasıdır. Şirkətlər parklarını yeniləmək üçün kifayət qədər zaman, maliyyə vəsaiti əldə edə bilməyib. Ona görə də məcburdurlar ki, sistemdə yeni nəqliyyat vasitəsi göstərsinlər, amma xidmətə köhnə nəqliyyat vasitələrini göndərsinlər. Bu proses bir müddət davam edəcək”, – ekspert deyib. Ekspertin sözlərinə görə, bu prosesi leqallaşdırmaq lazımdır: “Təklif edərdim ki, roses leqallaşdırılsın. AYNA və bu sahəyə cavabdeh olan digər qurumlar prosesi başa çatdıra bilməmiş taksi şirkətlərinə parklarını yeniləmək üçün ilin sonuna qədər zaman tanısınlar. Ona qədər isə köhnə nəqliyyat vasitələrindən istifadəyə imkan verilməlidir ”. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövzu ilə bağlı sorğuya cavab olaraq bildirib ki, bu kimi hallar inzibati məsuliyyət yaradır: “Bu, inzibati məsuliyyət yaradan haldır. Vətəndaşların bu cür hallarla rastlaşacağı təqdirdə AYNA-ya və taksi sifarişi operatorlarına məlumat vermələri tövsiyə olunur. Qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xətdən kənarlaşdırılacaqlar”. Uber taksi şirkətindən sorğumuza cavab olaraq sualların baş ofisə yönləndiriləcəyini, cavabın yaxın dəqiqələrdə veriləcəyini desələr də, yazı dərc olunana qədər şirkətdən mövqe ala bilmədik.

Bolt taksi şirkətinə etdiyimiz zənglər isə cavabsız qaldı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
15
manset.az

10Mənbələr