AZ

"Samsung"un minlərlə əməkdaşı 3 günlük tətilə baslayib

"Samsung"un minlərlə əməkdaşı 3 günlük tətilə baslayib

Cənubi Koreyanın texnologiya şirkəti "Samsung"da çalışan 6500-dən çox işçi daha ədalətli maaş tələbi ilə bu gündən etibarən üç günlük tətilə çıxıb.Həmkarlar ittifaqı işçilərinin tələbləri arasında illik məzuniyyətlərin bir gün artırılması tələbi də var. Həmkarlar ittifaqı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə yenidən tətil edəcəklərini bildirib.Şirkət rəhbərliyi və həmkarlar ittifaqı yanvar ayından danışıqlar aparır. Həmkarlar ittifaqı şirkətin təklif etdiyi 5,1 faizlik maaş artımını rədd edib.Tətildə olan Milli Samsung Elektron Birliyinin (NSEU) üzvlərinin sayı təxminən 30 min nəfərdir ki, bu da "Samsung"un Cənubi Koreyadakı işçilərinin dörddə birinə bərabərdir.Həmkarlar ittifaqı bu həftəki tətildə əksəriyyəti istehsal sahələrində və məhsul inkişaf şöbələrində çalışan təxminən 6540 işçinin iştirak etdiyini açıqlayıb.Mütəxəssislər bildirirlər ki, aşağı iştirak və avtomatlaşdırılmış istehsal səbəbindən tətilin dünyanın ən böyük çip istehsalçısının istehsalına böyük təsir göstərməsi gözlənilmir.Həmkarlar ittifaqı keçən ay ilk tətilini keçirib, lakin "Samsung" bu tətilin onun biznes fəaliyyətinə təsir etmədiyini açıqlayıb.Şirkət bu gün başlayan tətillə bağlı açıqlama verməyib.Tətildə iştirak edən işçilər "Samsung" şirkətinin Seulun Xvason rayonundakı baş ofisinə toplaşıblar.İştirakçıların az olması ilə bağlı tənqidlərə cavab olaraq, həmkarlar ittifaqının prezidenti Son Voo-mok bildirib ki, onlar cəmi beş il əvvəl yaradılıblar və üzvləri cəl etmək üçün kifayət qədər vaxtları yoxdur: “Lakin mən yenə də hesab etmirəm ki, fəallıq aşağıdır, biz digər həmkarlar ittifaqları ilə müqayisədə çox gəncik".Həmkarlar ittifaqı liderləri şirkətin əməliyyat mənfəətindən kapitalın dəyəri çıxılmaqla bonus hesablamalarının ədalətsiz olduğunu iddia edirlər.İyulun 5-də verdiyi açıqlamada "Samsung" ilin ikinci yarısında (aprel və iyun ayları arasında) qazancının keçən illə müqayisədə 15 dəfə çox olduğunu bildirib.

Seçilən
44
8
afn.az

10Mənbələr