AZ

Paytaxtda "BMW"nin hissələrini oğurlayan 5 yeniyetmə saxlanıldı

Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsində BMW markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələr sökülərək oğurlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
6
moderator.az

10Mənbələr