AZ

Millimizin Ermənistana qarşı oyunun saatı bilindi

9-14 iyul Cəbəllütariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionu oyunları keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, A qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz Gürcüstan, Ermənistan və Cənubi Kipr yığmalarına qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15.00-da Ermənistan yığmasına qarşı olacaq.

Qızlarımız qrupda növbəti oyunlarını, 10 iyul saat 12.30-da Gürcüstan və 11 iyul saat 12.30-da Cənubi Kipr millilərinə qarşı keçirəcəkdir.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
4
football-plus.az

10Mənbələr