AZ

Azərbaycan basketbol yığmalarının Avropa çempionatındakı oyunlarının vaxtı açıqlanıb – FOTO

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət yığmalarının Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından Doğru.az-a verilən məlumata görə, Albaniyanın paytaxtı Tirana şəhərindəki turnirə qatılacaq oğlan komandamız A qrupunda Albaniya, Malta və Moldova yığmalarına qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma qrupdakı ilk matçını iyulun 9-da ev sahiblərinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Milli komanda növbəti görüşlərdə iyulun 10-da Moldova, bir gün sonra isə Malta ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Cəbəllütariqdəki Avropa çempionatında iştirak edəcək yeniyetmə qızlardan ibarət komandamız isə A qrupunda Gürcüstan, Ermənistan və Kipr yığmaları üz-üzə gələcək. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk görüşü iyulun 9-da Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. Qrupda növbəti oyunlar iyulun 10-da saat Gürcüstana, iyulun 11-də isə Kiprə qarşı keçiriləcək. Hər iki matçın start fiti saat 12:30-da veriləcək.

Qeyd edək ki, Avropa çempionatının C divizionunun oyunları iyulun 9-14-də keçiriləcək.

DOĞRU.AZ

image-img-20240708-wa0027 image-img-20240708-wa0028

Seçilən
31
2
dogru.az

3Mənbələr