AZ

Şəmkirdə taxıl biçini sona çatmaq üzrədir

Şəmkir rayonunda taxıl biçini mövsümü artıq sona çatmaq üzrədir.

Fins.az xəbər verir ki, cari ilin məhsulu üçün 14 min 444 hektar sahədə buğda (7 988 ha) və arpa (6 456 ha) əkilib.

Həmçinin 1 920 hektar sahədə qarğıdalı, 323 hektar sahədə şəkər çuğunduru, 130 hektar sahədə isə vələmir əkilib.

Qeyd edək ki, suvarılan torpaqlarda əkilmiş 5 187 hektar ərazidə biçin aparılıb, 16 339 ton məhsul əldə edilib.

Kaira Agayeva

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
7
fins.az

7Mənbələr