AZ

Makron məğlubiyyətini etiraf etməlidir - Jan-Luk Melanşon

Bakı. Trend:

Fransada keçirilən parlament seçkilərində Jan-Lük Melenşonunsolçu "Yeni Xalq Cəbhəsi" koalisiyası qalib gələrək MilliAssambleyada 174 mandat qazanıb.

Trend xəbər verir ki, “Parisien” qəzeti bu barədə Fransa Daxiliİşlər Nazirliyinə istinadən məlumat yayıb.

Seçkilərin nəticələrinə görə, ikinci yeri tutan EmmanuelMakronun “Birlikdə” koalisiyası parlamentinin aşağı palatasında 156yerə, üçüncü yeri tutan Marin Le Penin “Milli birlik” partiyası isə143 yerə sahib olub.

Sol blokun lideri Jan-Luk Melanşon tərəfdarlarına müraciətindəFransa Prezidenti Emmanuel Makronun seçkilərdə məğlubiyyətinietiraf etməli olduğunu bildirərək, ölkənin hazırkı Baş naziriQabriel Attalı istefaya çağırıb. O, həmçinin solçu koalisiyaya yenikabinet formalaşdırmağa icazə verilməli olduğunu vurğulayıb.

Emmanuel Makronun koalisiyası ilə ittifaqı istisna edənsiyasətçinin sözlərinə görə, solçular yeni hökumətdə öz siyasiproqramlarını həyata keçirməyə hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
4
az.trend.az

5Mənbələr