AZ

Suraxanıya yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevinsərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcraHakimiyyətinin başçısı təyin edilib

Trend yeni təyin olunan icra başçısınındosyesini təqdim edir:

Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan MuxtarRespublikası Şərur rayonunun Maxta kəndində anadan olub.

Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Şturmanfakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nunmagistraturasını bitirmişdir. Azərbaycan Kikboksinq və MaytayFederasiyasının prezidentidir. Rus dilini bilir. 1992-ci ildənAzərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi DənizQüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin SuNəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyatmüvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail RayonPolis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili,rəis müavini işləyib.

1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsində Xəttpolis şöbəsinin rəisi, bölmə inspektoru olmuşdur. 2002-ci ildənBakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin bölmə rəisi, YasamalRayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə NərimanovRayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrindəçalışmışdır. Bitərəfdir.

Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıolmuşdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsininüzvüdür. Azərbaycan–Niderland parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri, Almaniya, Rusiya, Türkiyə, Ukrayna parlamentləriilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-ninParlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətininüzvüdür. Evlidir, 3 övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
12
az.trend.az

10Mənbələr