AZ

65 yaşı var, İcra başçısı oldu

Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, Qusarın əvvəlki icra başçısı Şair Alxasov bu ilin mayında vəzifəsindən azad edilmişdi.

Qeyd edək ki, 65 yaşlı Sahir Məmmədxanov 2009-cu ildən vergilər nazirinin müavini, 2016-cı ildən isə vergilər nazirinin birinci müavini vəzifəsini icra edib. 

2020-ci ildən isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri olub. 

Ailəlidir. 2 övladı var.

XXX

Adil Əliyev icra başçısı təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. 

Dövlət başçısının Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

55 yaşlı Adil Əliyev parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olub. O, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.  

Qeyd edək ki, Suraxanının əvvəlki icra başçısı Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

XXX

Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Ə. Əzizov 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Sahir Polad oğlu Məmmədxanov Adil Abış oğlu Əliyev Əziz İmran oğlu Əzizov
Seçilən
126
2
marja.az

3Mənbələr