AZ

Narahatlıq və stress zamanı daha asan yuxuya getməyin yolu

Yuxu mütəxəssisi Martin Sili narahat və stresli insanların daha asan yuxuya getməsinə və onların yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək etməyin yollarını açıqlayıb.

Medianews.az xəbər verir ki, onun tövsiyələrinə Huffpost istinad edir.

Əgər özünüzü narahat və ya stresli hiss edirsinizsə, Sili deyir ki, rəqəmsal komendant saatı təyin etmək daha yaxşı yatmağınıza kömək edə bilər. Bunu etmək üçün yatmazdan bir neçə saat əvvəl sosial şəbəkələrə daxil olmağı və xəbər lentinizə baxmağı dayandırmalısınız.

“Özünüz üçün ciddi bir yuxu rejimi təyin edin və ona əməl edin. Özünüzü ‘daha bir neçə tweet’ oxumağa icazə verməyin “, – deyə o bildirib.

Mütəxəssis xəbərləri öyrənmək əvəzinə, yatmazdan əvvəl yoqa, meditasiya və ya nəfəs məşqləri kimi müxtəlif relaksasiya üsullarını tətbiq etməyi təklif edib. Sili izah edib ki, onlar stress hormonu kortizol səviyyəsini azaltmağa və yuxuya getməyi asanlaşdırmağa kömək edəcəklər. Həmçinin, onun fikrincə, şam işığında rahatlatıcı vanna qəbul etmək və ya düşüncələrinizi ifadə edə biləcəyiniz gündəlik tutmaq yuxusuzluğu aradan qaldıracaq.

Digər bir mütəxəssis tövsiyəsi 10-3-2-1-0 metodunu sınamaqdır. Bunun üçün yatmazdan 10 saat əvvəl kofein içməyi dayandırmaq lazımdır. Yeməkdən və spirtli içkilərdən yalnız üç saat sonra yatmaq lazımdır. Yatmazdan iki saat əvvəl sinir sistemini stimullaşdıran işi və digər fəaliyyətləri bitirmək, bundan bir saat əvvəl televizor və qadcetləri söndürmək lazımdır.

Medianews.az

Seçilən
4
medianews.az

1Mənbələr