İyulun 8-də “Rezki” və “Qromki” korvetləri Asiya-Sakit Okean regionunda missiyaları yerinə yetirmək üçün Vladivostok limanını tərk edib.
Herbiand.az bildirir ki, bu barədə Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əsas donanma bazasını tərk edərkən gəmilərin ekipajları döyüş və səyahət üçün fövqəladə hazırlıq işləri aparıb, dar bir ərazidən keçərkən isə saxta düşmənin PUA basqınını dəf etmək üçün təlim keçiblər.
Korvetlərin Asiya-Sakit Okean regionunda düşmənin saxta sualtı qayıqlarının axtarışı və məhv edilməsi də daxil olmaqla bir sıra təlimlər keçirməsi, həmçinin hava hücumundan müdafiə və dənizdə təxribat əleyhinə müdafiə üzrə birgə fəaliyyət alqoritmlərinin işlənib hazırlanması planlaşdırılır.
Hər iki korvetlərin uzunluğu 100 metrdən çox, yerdəyişmə qabiliyyəti 2220 tondur. Gəmilər 4000 mil məsafəni qət edə bilirlər. Silahlanmaya "Uran" gəmi əleyhinə raket sistemi və "Redut" hava hücumundan müdafiə sistemi, torpedalar, radar və elektron avadanlıqların güclü arsenalı, 100 mm-lik AK-190 artilleriya qurğusu, iri çaplı pulemyot və qumbaraatanlar daxildir.
Bəxtiyar CƏFƏRLİ