AZ

Paytaxtda və azad edilmiş ərazilərdə 145 abidəyə baxış keçiriləcək

Bakı. Trend:

Bakıda və işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 145abidəyə baxış keçiriləcək.

Bu barədə Trend-ə MədəniyyətNazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrəDövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında daşınmaz mədənisərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyatakeçirilmiş işlərə və qarşıda duran vəzifələrə dair iclasıkeçirilib.

Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin Abidələrinqorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov bildirib ki, Imərhələdə Bakı şəhəri üzrə 6 və işğaldan azad edilmiş ərazilər üzrə51 obyekt, II mərhələdə Binəqədi rayonu üzrə 13 dövlətqeydiyyatında olan abidə və 12 tarix-memarlıq əhəmiyyətli tikili,III mərhələdə isə Memarlar İttifaqının Səbail rayonu üzrə təklifetdiyi 63 tikili – ümumilikdə cəmi 145 abidə baxılması üçün Ekspertşurasına təqdim olunub.

Qeyd edilib ki, I mərhələdə Bakı şəhəri və işğaldan azad edilmişərazilər üzrə obyektlərlə bağlı şura üzvləri tərəfindən veriləntəkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına(AMEA) göndərilib. AMEA tərəfindən 48 obyektin siyahıya daxiledilməsinə müsbət rəy verilib. Bu obyektlərin abidələr siyahısınadaxil edilməsi üçün qərar layihəsi hazırlanıb və razılaşdırılmasıüçün müvafiq orqanlara göndəriləcək.

II mərhələdə Binəqədi rayonu üzrə dövlət qeydiyyatında olan 9abidənin adı, tarixi və ünvanlarında dəqiqləşdirmə aparılaraqsiyahıda düzəliş olunması təklif edilib. 12 tarix-memarlıqəhəmiyyətli tikiliyə dair məlumatlar hazırlanaraq şura üzvləritərəfindən baxılıb. 8 obyektin abidələr siyahısına daxil edilməsiməqsədəuyğun hesab olunub.

III mərhələdə isə Səbail rayonu üzrə 63 binaya dair hazırlanmışmateriallara şura üzvləri tərəfindən baxış olub. Onlardan 49-nunabidələr siyahısına daxil edilməsi məqsədəuyğun sayılıb. Hər ikimərhələdə şura üzvləri tərəfindən verilən təkliflər əsasındaAMEA-ya məktub hazırlanıb.

Sonda şura üzvlərinin həyata keçirilən işlərlə bağlı irad vətəklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsiaparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
7
az.trend.az

8Mənbələr