AZ

Ərdoğan Pezeşkianı təbrik edib

Məsud Pezeşkianın qələbəsindən sonra İranla münasibətlərin müsbət və davamlı inkişafını gözləyirəm.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Məsud Pezeşkian Azərbaycan əsilli türkdür. Təbrizdə türkcə danışır, amma kürd bölgələrinə gələndə orada kürdcə danışa bilir. Farscanı da yaxşı bilir.

Onunla əlaqə saxlayıb təbrik edəcəyəm. Ümid edirik ki, Türkiyə ilə İran arasında münasibətlər gələcəkdə daha da yaxşılaşacaq. Üstəlik İran Türkiyənin bölgədə ən yaxşı əlaqələri olan ölkədir”, - deyə Ərdoğan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
15
operativmm.az

10Mənbələr