AZ

Neftçalada şəhidimizin doğum günü qeyd olunub - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 40 illik yubileyi qeyd olunub. Şəhid baş gizir Camal İsmayılovun Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Hurriyyet.az xəbər verir ki, Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, döyüşçü yoldaşları və qazilər iştirak ediblər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.

Tədbirdə çıxış edən şəhidin anası Filarə İsmayılova, şəhid olan “Əfsanəvi taborun” valideynləri Camal İsmayılovun Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalması haqqında danışıblar və Vətən Müharibəsi Qəhrəmanının həyatını əks etdirən videoçarx nümayiş olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan ordusunun gücü ilə 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbəsindən, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatları ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsindən və bu döyüşlər zamanı, şəhid və qazilərimizin şücaətindən, qəhrəmanlıqlarından, işğaldan azad olunan ərazilərdə aparılan abadlıq quruculuq işlərindən və sakinlərimizin öz doğma torpaqlarına köçürülməsindən bəhs edib. Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunmasını qeyd edib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.

Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladıqları kompozisiyalar ilə davam edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
4
hurriyyet.az

10Mənbələr