AZ

Türksat 6A peyki bu gün orbitə buraxılacaq

Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A bu gün gecə saatlarında ABŞ-dan orbitə buraxılacaq.
Keçən ay paytaxt Ankaradakı Mürted Hava Meydanında təşkil edilən mərasimdən sonra Amerika Birləşmiş Ştatlarının Florida ştatındakı ''Cope Carnaval'' kosmos stansiyasındakı ''Space X'' obyektinə göndərilən Türksat 6A peyki bu gün Türkiyə vaxtı ilə 00.20-də kosmosa göndəriləcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türksat 6A peyki 80 faiz yerli imkanlarla istesal edilib.
Qeyd edək ki,7,5 kilovat gücündə və 4 250 kiloqram ağırlığında olan Türksat 6A sayəsində Hindistan, Tailand, Malayziya və İndoneziya Türksatın əhatə dairəsinə daxil olacaq.
Rabitə peykləri istehsal edə bilən azsaylı ölkələr arasında olan Türkiyənin Türksat 6A təcrübəsindən sonra peyk ixracatçısı mövqeyinə çatması da hədəflər arasındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
sia.az

10Mənbələr