İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 40 nəfər artaraq 38193-ə çatıb.
BiG.AZ xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 276 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 75 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 38 min 193-ə, yaralıların sayı isə 87 min 903-ə çatıb.
BiG.Az