AZ

Ermənistanın sabiq nazirinin ABŞ-dəki evi müsadirə olunacaq


ABŞ məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Ancelesdəki malikanənin müsadirə olunaraq satışına qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, qanunsuz varlanma işi çərçivəsində Ermənistan Prokurorluğu amerikalı tərəfdaşlarla danışıqlar aparıb. İyunun 14-də Qaqik Xaçatryanın oğulları - Qurgen və Artem razılığa gəlmək üçün rayon məhkəməsinə vəsatət veriblər. Bu razılaşma əsasında iyunun 30-da məhkəmə evin maksimum bazar qiymətinə satılması barədə qərar qəbul edib. İndi prokurorluq gəlirlərin böyük hissəsinin Ermənistan büdcəsinə köçürülməsi ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Qurgen və Artem Xaçatryana qarşı çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb. Artem Xaçatryanın işi məhkəməyə göndərilib, Qurgen Xaçatryan isə axtarışa verilib. Qaqik Xaçatryan da vəzifə səlahiyyətlərindən sui-istifadə, vəsaitlərin mənimsənilməsi, çirkli pulların yuyulmasında iştirak və korrupsiya ittihamları ilə istintaqa cəlb olunub.
Xaçatryanın ailəsinə qarşı qaldırılan işlər çərçivəsində prokurorluq 210 daşınmaz əmlakın, 13 avtomobilin, 29 şirkətin səhmlərinin və 33 milyard dram (təxminən 85 milyon dollar) məbləğində vəsaitin müsadirəsini tələb edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
yeniavaz.com

3Mənbələr