ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib ki, NATO Hind-Sakit okean regionuna genişlənmir.
“NATO Hind-Sakit Okean regionunda genişlənmir, üzvlük prosesi yoxdur, NATO-nun bütün müdafiə və çəkindirmə vasitələri Avro-Atlantik zonada NATO müttəfiqlərinin ərazisində yerləşir”, – RİA Novosti ondan sitat gətirir.
Pentaqonun rəhbəri Lloyd Ostin də bundan əvvəl demişdi ki, NATO yaxın gələcəkdə daha da genişlənmək niyyətində deyil.
Mart ayında Rusiya prezidenti Vladimir Putin demişdi ki, NATO Şimali Atlantika Alyansı olmaqla Yaxın Şərq, Asiya-Sakit okean regionu və Latın Amerikasına genişlənir.
Mənbə RİA Novosti