Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu bu gün iki yoxlama oyunu keçirəcək.
Baş məşqçisi Qurban Qurbanovun komandası ilk oyunda Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
İkinci oyunda isə “Qarabağ” saat 20:00-da Çexiyanın “Viktoriya” (Pilsen) klubu ilə qarşılaşacaq.
“Qarabağ” Tirolda 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Növbəti rəqiblər hələ məlum deyil.