“Bu, həqiqətən yaxşı sualdır, çünki bizim uzun müddətdir bir prezidentimiz yoxdur”.
“AzPolitika” xəbər verir ki, bunu amerikalı iş adamı Elon Mask bir “X” istifadəçisinin “ABŞ-nin həqiqətən də prezidentə ehtiyacı varmı?” sualına cavablandırarkən deyib.
Maskın bu cavabını şərh edən “The New York Times” nəşri isə 81 yaşlı Co Baydenin geri çəkilməli olduğunu bildirib:“ABŞ-də bu yaşda bir liderə ehtiyac yoxdur. Bayden başqa bir namizədlə dəyişdirilməlidir, çünki yaşlı bir prezidentin ABŞ-da xidmət etməsi son dərəcə təhlükəli olardı”.
Qeyd edək ki, ABŞ-də president seçkiləri noyabrın 5-də keçiriləcək.
“AzPolitika.info”