AZ

Gənc psixoloqun "Autizim və Beyin" layihəsi - “Yaşatmaq üçün yaşa”

Leyla Salmanlı: “Məqsədimiz autizmli fərdlərin gizli potensialını göstərməkdən ibarətdir”
Gənc psixoloq Leyla Salmanlının "Autizim və Beyin" mövzusunda layihəsinin təqdimatı keçrilib. AYNA xəbər verir ki, təqdimatın təşkilatçısı “Zəfər Yolu - Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək" İctimai Birliyidir.
Təşkilat sədri Pərvanə Salmanqızı bildirib ki, layihənin məqsədi autizm xəstələyinin cəmiyyətə inteqrasiyasına nail olmaq, alternativ yanaşma ilə onların potensialını üzə çıxartmaqdan ibarətdir.
Leyla Salmanlı vurğulayıb ki, layihənin əsas devizi “yaşatmaq üçün yaşa” şüarından ibarətdir. L.Salmanlı GPN -nin “Strong Academy” ilə birlikdə “Autizm Treatment Center of America”nın tətbiq etdiyi “Son-Rise” terapiya proqramı üzərindən autizmli fərdlərə daha fərqli terapiya üsulu ilə yanaşma metodunun tətbiqinə çalışır.
“Məqsədimiz autizmli fərdlərin gizli potensialını göstərməkdən ibarətdir”, - deyə L.Salmanlı bildirib.
Tədbirdə "Alternativ Pisixologiya" təliminin müəllifi, tibbi və biologiya elmləri doktoru, professor, Oksford Unversitetinin akademiki Yaşar İbadov, Respublika Qadınlar İçtimai Birliyinin sədri Bahar Qasımova, biologiya elmlər doktoru Yeganə Mahmudova, məhşur xeyriyyəçi Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva-Muxtarova, şəhid anası Çiçək Biləndərli, Əməkdar müəllim Zülfiyyə Vəliyeva çıxış edərək autimzdən əziyyət çəkən gənclərə dəstək göstərilməsinin vacibliyini vurğulayıblar.
Tədbir iştirakçıları bildiriblər ki, təqdim olunan layihənin əsas məqsədi autizmdəm əziyyət çəkən insanlarda özünə güvənin artması, onların sıralarından cəmiyyət üçün faydalı kadrlar yetişməsinə yardım edəcək.
Təqdimatda bir sıra pedaqoqlar, psixoloqlar, media nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
7
ayna.az

8Mənbələr