AZ

Gürcüstanın Aİ-yə üzvlük prosesi dayandırılıb

Gürcüstanın Aİ-yə üzvlük prosesi dayandırılıb

Mübahisəli “xarici təsirin şəffaflığı” qanununu qəbul edən Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin dayandırıldığı bildirilib.Aİ-nin Gürcüstandakı nümayəndəliyinin X hesabında yazdığına görə, İttifaqın Gürcüstandakı səfiri Pavel Herçinski paytaxt Tbilisidə iştirak etdiyi tədbirdə ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.“Təəssüf ki, Gürcüstanın Aİ-yə üzvlük prosesi hələlik dayandırılıb”. Herçinski açıqlama verərək, bu qərarın son AB Liderlər Zirvəsinə qatılan liderlər tərəfindən verildiyini bildirib.Qərar çərçivəsində Aİ-nin Gürcüstana 2024-cü il üçün ayırdığı 30 milyon avro maliyyə yardımının dondurulduğunu bildirən Herçinski, “Vəziyyət pisləşərsə, digər tədbirlər də nəzərdən keçirilir” ifadələrini işlədib.

Seçilən
122
1
afn.az

2Mənbələr