Olaylar.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
"Məhkəmə iddiaları qismən təmin etmək qərarına gəldi: "Volkswagen Aktiengesellschaft"dan 16 milyard 908 milyon geri alınsın", - TASS hakimin sözlərini yazır.
GAZ nümayəndəsi Denis Qolubev qeyd edib ki, 2021-ci ildən Volkswagen dizel mühərriklərinin tədarükü müqaviləsi üzrə öhdəliklərini pozmağa başlayıb və 2022-ci ilin martında müqavilədən tamamilə imtina edib. Eyni zamanda, bu ilin yanvarında tədarük müqaviləsi qeyri-müəyyən müddətə uzadılıb.
Qolubevin sözlərinə görə, itki tam sübuta yetirilib və buna görə də istehsalçı iddianı tam təmin etməkdə və 28 milyard 401 milyon rubl məbləğində zərərin ödənilməsində israrlıdır.