AZ

Porsche daha az avtomobil satıb

Almaniyanın avtomobil istehsalçısı Volkswagen Group-un lüks markası Porsche, 2024-cü ilin birinci yarısında Çində tələbin azalması səbəbindən qlobal avtomobil satışının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azaldığını bildirib.

Porsche 2024-cü ilin yanvar-iyun dövrü üzrə avtomobil satışı rəqəmlərini açıqlayıb.

Marja xəbər verir ki, lüks avtomobil istehsalçısının avtomobil satışı 2024-cü ilin yanvar-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 155 min 945-ə geriləyib.

Sözügedən dövr ərzində Porsche-nin Çinə ixracı illik 33 faiz azalaraq 29 min 551 avtomobil təşkil edib. "Bunun əsas səbəbi Çin bazarında davam edən gərgin iqtisadi vəziyyətdir", - şirkətin məlumatında deyilir.

Almaniya istehsalçısının Çinə satışı onun qlobal satışının təxminən 20 faizini təşkil etsə də, şirkət Avropa İttifaqı (Aİ) və Çin arasında gömrük rüsumu gərginliyindən mənfi təsir görür.

Porsche-nin Şimali Amerikadakı satışı ilin ilk 6 ayında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 36 min 558-ə düşərkən, şirkətin əsas bazarı olan Almaniyada satış 22% artaraq 20 min 811-ə çatıb.

Porsche
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
6
marja.az

7Mənbələr